Almaniyada fövqəladə vəziyyət elan edildi
30-11-2022, 10:56
1 466

Almaniyada fövqəladə vəziyyət elan edildi

Almaniyanın Şimali Reyn-Vestfaliya əyaləti enerji böhranı fonunda fövqəladə maliyyə vəziyyəti elan edib.
Bu barədə Westdeutscher Rundfunk ictimai yayımı məlumat yayıb .
“Region hökuməti 5 milyard avronun köməyi ilə enerji böhranı ilə mübarizə aparmaq istəyir və üzərinə yeni borc öhdəlikləri götürməyə məcburdur”, - mesajda deyilir.
“Şimali Reyn-Vestfaliya enerji qiymətlərinin yüksəlməsindən xüsusilə təsirlənir, çünki  Reyn və Ruh enerji tutumlu sənaye sahələri ilə xüsusilə zəngindir”, - deyə hesabat müəllifləri qeyd edirlər.
Die Welt qəzeti Alman Sənaye Birliyinin (BDI) baş direktoru Tanya Gönnerin sözlərinə istinad edərək, məhsulları əsasən ixracyönümlü olan Almaniya iqtisadiyyatının güclənən enerji böhranından ağır zərbə aldığını yazıb .

Oxşar xəbərlər