Hər kəsin evini pulsuz təmizləyir
30-11-2022, 14:41
7 367

Hər kəsin evini pulsuz təmizləyir

Çəkdiyi təmizlik videoları ilə sosial mediada 10 milyondan çox izləyicisi olan finlandiyalı fenomeni Auri Katarina dünyanın hər yerindən olan insanların evlərini pulsuz təmizləyir.
Tiktok, “YouTube” İnstaqramda 10 milyon izləyicisi olan Auri özünü “təmizlik kraliçası” adlandırır.
Katarina komandası ilə birlikdə zibillə dolu, həddindən artıq çirkli evləri təmizləyir. Təmizləmə anlarını kameraya çəkən fenomen, həmin görüntüləri isə şəxsi hesabında paylaşır. Katarina izləyiciləri üçün təmizlik tövsiyələri verir və fəndləri izah edir.

Sponsorlar da tapan fenomen təmizlikdən qazandığı pulla yol xərclərini qarşılayır və müştərilərindən bir qəpik də tələb etmir.
O, 2020-ci ildə ilk dəfə “Günaydın, Amerika” televiziya şousunda görünüb və İngiltərədə BBC və “GB News” kimi kanallarda efirə çıxaraq təmizlik macəralarından danışıb.
Son iki ildə sosial mediada getdikcə populyarlaşan Katarinanın TikTok-da 7,9 milyon, İnstaqramda 2,1 milyon, “YouTube”da isə 1,79 milyon izləyicisi var.

Oxşar xəbərlər