Ukrayna müharibədəki itkilərini AÇIQLADI
2-12-2022, 18:58
8 386

Ukrayna müharibədəki itkilərini AÇIQLADI

Ukrayna Prezident Aparatının müşaviri Mixail Podolyak  Ukrayna ordusunun şəxsi itkiləri barədə məlumat verib.
O, Rusiya ilə müharibədə 10 ilə 13 min arasında ukraynalı əsgərin həyatını itirdiyini açıqlayıb.
Lakin Avropa Komissiyasının sədri Ursula fon der Leyen sosial media hesabından Ukraynada Rusiyaya qarşı davam edən müharibə ilə bağlı videomüraciət yayıb və “20 mindən çox mülki şəxs və 100 mindən çox Ukrayna ordusunun öldürüldüyünü" bildirib. 
Ukrayna Baş Qərargahı fon der Leyenin Ukraynanın itkiləri ilə bağlı açıqlamasını təsdiqləməyib.
Daha sonra Ursula fon der Leyenin videosunda Ukraynanın itkiləri ilə bağlı hissə çıxarılaraq yenidən dərc edilib.

Oxşar xəbərlər