Mask heyrətləndirməyə davam edir: “Bu bir fildir”
2-12-2022, 18:49
8 137

Mask heyrətləndirməyə davam edir: “Bu bir fildir”

“Tesla” ilk elektrikli yük maşını “Beast”i təqdim edib. Tədbirdə “Tesla”nın yaradıcısı və rəhbəri İlon Mask iştirak edib. O, yük maşınının sükanı arxasında səhnəyə çıxıb.
“Bu bir fildir, lakin hepard kimi hərəkət edir. Tez sürətlənir və tez yavaşlayır”, - deyə o bildirib.

Şirkətin məlumatına görə, “Beast” doldurulmadan 500 mil (təxminən 800 km) qət edə bilir. Eyni zamanda, qoşqunun yükgötürmə qabiliyyəti 37 tona yaxındır. Maskın sözlərinə görə, yük maşını ultrasürətli enerjidoldurma ilə təchiz edilib.


Bununla belə, o, maşını enerji ilə tam doldurmaq üçün nə qədər vaxt lazım olduğunu dəqiqləşdirməyib.
Mask həmçinin avtomobilin pilotsuz idarəetmə sistemi ilə təchiz edilib-edilməyəcəyini və “Tesla”nın yaxın gələcəkdə nə qədər belə maşın buraxmaq niyyətində olduğunu qeyd etməyib.
Təqdimat şirkətin internet saytında yayımlanıb.


 




Mənbə: TASS

Oxşar xəbərlər