Rusiya Ukraynanın qırıcı təyyarəsini VURDU
2-12-2022, 14:52
936

Rusiya Ukraynanın qırıcı təyyarəsini VURDU

Rusiyanın hərbi təyyarələri Ukraynaya məxsus MiQ-29 qırıcısını vurub. 
Bu barədə dekabrın 2-də Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd edilir ki, bir gün ərzində bir MiQ-29 qırıcısı, bir Su-25 təyyarəsi və yeddi pilotsuz təyyarə vurulub.
"Rusiya qırıcı təyyarələri Donetsk Xalq Respublikası (DXR) üzərində səmada Ukraynaya məxsus MiQ-29 qırıcısını vurub", - MN bildirib. 

Oxşar xəbərlər