Alman aviaşirkəti yəhudilərə 2,7 milyon dollar ödəyəcək
2-12-2022, 16:00
6 613

Alman aviaşirkəti yəhudilərə 2,7 milyon dollar ödəyəcək

Almaniyanın “Lufthansa” aviaşirkəti yəhudi sərnişinləri təyyarəyə mindirməkdən imtina etdikdən sonra 2,7 milyon dollar təzminat ödəməyə razılaşıb.
 
Xarici medianın məlumatına görə, aviaşirkət 2022-ci il mayın 4-də Frankfurtda 100-dən çox kişi yəhudinin uçuşa buraxılmaması hadisəsindən sonra antisemitizmdə ittiham edilib.
Həmin hadisədə bir neçə nəfər yəhudinin aviaşirkətin üz maskası tələbinə əməl etməkdən imtina etdiyinə görə 100-dən çox yəhudinin təyyarəyə alınmadığı bildirilib.
Lufthansa mayın 10-da açıqlama verərək, "LH 1334 reysi ilə sərnişinlərin buraxılmaması qərarına" görə üzr istəyib:
“Tələblərə cavab verməyən qonaqlarla məhdudlaşdırmaq əvəzinə, böyük qrupu təyyarəyə buraxmağa icazə verilmədiyi üçün təəssüf edirik. Baş verənlər Lufthansa-nın siyasətləri və ya dəyərlərinə uyğun gəlmir. İrqçiliyə, antisemitizmə və hər cür ayrı-seçkiliyə tolerant yanaşırıq”.
Ödəniş prosesi başlayıb və zərər çəkmiş 130 sərnişinin hər birinə 21 min dollar ödəniləcək. Bu da, hüquqi ödənişlər çıxılmaqla təxminən 17,400 dollara bərabər olacaq.
 

Oxşar xəbərlər