"Soros"un Ermənistandakı ofisi fəaliyyətini dayandırdı
2-12-2022, 17:42
6 537

"Soros"un Ermənistandakı ofisi fəaliyyətini dayandırdı

"Soros"un "Open Society Foundations - Ermənistan" fondu Açıq Cəmiyyət Fondları şəbəkəsinin bir hissəsi kimi fəaliyyətini dayandırır. 
Erməni KİV-ləri xəbər verir ki, bu barədə ictimai bəyanatda bildirilib.
"Təşkilatın transformasiyasının bu əsas mərhələsində Açıq Cəmiyyət Fondları - Ermənistan təşkilatın qlobal şəbəkəsindən ayrı, tam müstəqil bir fond kimi öz işini inkişaf etdirməyə üstünlük verdiyini bildirib. Beləliklə, Open Society Foundations - Ermənistan Açıq Cəmiyyət Fondları şəbəkəsinin bir hissəsi kimi fəaliyyətini dayandırır", - məlumatda deyilir. 
Qeyd olunub ki, 2023-cü ildə tamamilə yeni, müstəqil, yerli struktur yaradılacaq, onun fəaliyyət istiqamətləri və strategiyası haqqında əlavə məlumat veriləcək. Bu yeni struktur qlobal fonddan 2025-ci ilə qədər azalan maliyyə alacaq. 

Oxşar xəbərlər