"Ukrayna müharibəsi bölgəmizə əhəmiyyətli təhdid təşkil edir" - Çavuşoğlu
2-12-2022, 18:17
6 472

"Ukrayna müharibəsi bölgəmizə əhəmiyyətli təhdid təşkil edir" - Çavuşoğlu

“Ukrayna müharibəsi bölgəmizə əhəmiyyətli təhdid təşkil edir”.
Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.Nazir bildirib ki, müharibənin əvvəlindən bu yana Türkiyə bu müharibəni rədd edib və Ukraynaya dəstək ifadə edib: “Biz ilhaqla əlaqəli referendumu da qəbul etmirik. Bu qeyri-qanuni addımları qınayırıq. Bu gün müharibəni sonlandırmaq heç asan deyil. Müharibənin əvvəlində Rusiya-Ukrayna xarici işlər nazirlərini Antalyada görüşdürəndə vəziyyət daha asan idi. İndi isə daha çətindir”.
Nazir hazırda bölgədə yeni reallıqların olduğunu deyib.
“Artıq ortada yeni reallıqlar var. Bəzi Qərb müttəfiqlərimizi də müzakirə masasına geri dönmək üçün razı salmalıyıq. Ukrayna indi bəzi yerləri geri alır, Rusiya da bunun qarşılığında mülkiləri hədəf alır. Həyat ukraynalılar üçün çox çətin hala gəlib. Yazın əvvəlində atəşkəsin olması, müzakirələrin olub-olmayacağı ilə bağlı daha qəti fikir söyləmək mümkün olacaq”, nazir deyib.

Oxşar xəbərlər