Vəzifəsindən sui-istifadə edən nazir SAXLANILDI
7-12-2022, 10:09
1 144

Vəzifəsindən sui-istifadə edən nazir SAXLANILDI

Bosniya və Herseqovinanın insan haqları və qaçqınlar naziri Miloş Luçiç saxlanılıb.
Xarici KİV xəbər verir ki, Bosniya və Herseqovina Prokurorluğu Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bölməsinin əmri ilə saxlanılan Luçiç vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinir.
Məlumata görə, Luçiçin ofisində və evində axtarış aparılıb, onun törətdiyi cinayətlərlə dövlət büdcəsinə ziyan vurduğu müəyyən edilib.

Oxşar xəbərlər