İndoneziyada polis idarəsinə hücum: Ölən və xəsarət alanlar var
7-12-2022, 12:55
1 138

İndoneziyada polis idarəsinə hücum: Ölən və xəsarət alanlar var

İndoneziyanın Qərbi Yava əyalətinin Bandunq şəhərində səhər saatlarında üzərində partlayıcı maddə olan şəxs polis idarəsinin həyətinə daxil olaraq özünü partladıb.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, insident nəticəsində bir polis əməkdaşı ölüb, yeddisi müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hazırda xüsusi istintaq komitəsinin əməkdaşları əraziyə baxış keçirirlər.
Hadisənin terror hücumu olub-olmadığı araşdırılır.
Mənbə: İHA

Oxşar xəbərlər