102 yaşlı qadın koronavirusdan sağaldı
13-11-2020, 15:24
251

102 yaşlı qadın koronavirusdan sağaldı

Gürcüstanda 102 yaşlı qadın koronavirusdan sağalıb.
Bu barədə Kutaisi İnfeksion Xəstəliklər Xəstəxanası məlumat yayıb.
Bildirilib ki, yaşlı qadın artıq sağalıb və o, sabah evə buraxılacaq.
Qeyd edək ki, Gürcüstanda koronavirusa sutkalıq yoluxma rekord həddə artaraq 3 473 nəfərə çatıb. APA

Oxşar xəbərlər