Amerika ordusu İŞİD-in iki liderinin öldürdü
12-12-2022, 18:59
9 423

Amerika ordusu İŞİD-in iki liderinin öldürdü

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Suriyanın şərqində həyata keçirdikləri basqın zamanı İŞİD-ın iki liderinin öldürüldüyünü açıqlayıb.
CENTCOM-dan verilən yazılı açıqlamada, “ABŞ Mərkəzi Komandanlığı qüvvələri, Suriyanın şərqində İŞİD-ın plan və əməliyyatlarında iştirak edən təşkilatın Suriya Əyalət Mütəxəssisi Ənəs də daxil olmaqla, 11 dekabr saat 02:57-də Suriyanın şərqinə uğurlu vertolyot basqını həyata keçirib. Basqında İŞİD-ın iki lideri öldürülüb”, - qeyd olunub. 
Əməliyyatın ABŞ əsgərləri tərəfindən birtərəfli şəkildə həyata keçirildiyi bildirilən açıqlamada ilkin təsbitlərə görə əməliyyatda mülki itkilərin olmadığı bildirilib.
Açıqlamada əməliyyatın hansı vilayət və rayonda keçirildiyi, əməliyyatın əsas hədəfinin hansı İŞİD liderinin olduğu açıqlanmayıb.

Oxşar xəbərlər