Avropa şəhərlərində Santa-Klaus yürüşləri təşkil edilib
13-12-2022, 18:54
6 531

Avropa şəhərlərində Santa-Klaus yürüşləri təşkil edilib

Avropa qitəsinin müxtəlif şəhərlərində Yeni il ərəfəsində ənənəvi Santa-Klaus yürüşləri təşkil edilib.
Santa-Klaus geyimində olan minlərlə şəxsin xeyriyyəçilik məqsədilə təşkil etdikləri yürüşdə yığılan vəsait xəstələrə, ehtiyacı olan ailələrə təqdim edilir.
Qeyd edək ki, Avropa şəhərlərində Milad bayramı öncəsi keçirilən xeyriyyə aksiyasında hər kəs iştirak edə bilər.
Yürüşün əsas atributu Şaxta babanın kostyumudur.
Mənbə: Sputnik

Oxşar xəbərlər