Dünyanın ən qədim cins şalvarı bu qiymətə satıldı
14-12-2022, 11:14
850

Dünyanın ən qədim cins şalvarı bu qiymətə satıldı

Dünyanın ən köhnə cins şalvarı hərracda 14 min dollara satılıb.
Xarici KİV xəbər verir ki, cins şalvar 1857-ci ildə Şimali Karolina sahillərində batan gəmidən tapılıb.  Altı düyməli şalvarın mədənçiyə aid olduğu güman edilir.
Hərrac onlayn rejimdə dekabrın 3-də ABŞ-ın qərbində, Nevada ştatının Reno şəhərində keçirilib. Alan şəxsin kimliyi isə açıqlanmayıb. 

Oxşar xəbərlər