“Yalı çapkını”yla Kubilay Afraya görə dalaşdı
14-12-2022, 18:57
6 605

“Yalı çapkını”yla Kubilay Afraya görə dalaşdı

Kubilay Aka “Yalı çapkını” serialının Feriti Mert Ramazan Demirlə dava edib.
Ötən günlərdə “OGM Pictures” şirkətinin Yeni il partisindən sonra bir neçə aktyor başqa bir məkanda əyləncələrinə davam edib.

Restoranda Mertin partnyoru Afra Saraçoğluyla səmimiyyəti Kubilayı narahat edib. Afranın sevgilisi Mert Yazıcıoğlu ilə çox yaxın dost olan Aka Ramazanın üstünə qışqırıb və “Hər kəs hərəkətlərinə diqqət eləməlidir”, - deyə, bildirib.

Bir anda gərginləşən aktyorlarla Ersin Arıcı da qatılıb. O, Akaya sərt reaksiya verib. Digər sənət yoldaşları isə onları sakitləşdirib. Kubilayı avtomobilə mindirərək oradan uzaqlaşdırıblar.

Oxşar xəbərlər