Aİ-nin Ermənistan-Azərbaycan münasibətlərini normallaşdırmaq səyləri müzakirə olunacaq
16-12-2022, 18:43
5 106

Aİ-nin Ermənistan-Azərbaycan münasibətlərini normallaşdırmaq səyləri müzakirə olunacaq

Avropa Xarici Fəaliyyət Xidmətinin Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti və Böhrana Nəzarət üzrə Baş Katibinin müavini Çarlz Fris siyasi məsləhətləşmələr üçün dekabrın 16-da İrəvana gedib.
Bu barədə Aİ-nin Ermənistandakı nümayəndəliyinin ofisinin yaydığı məlumatda deyilir.
İkitərəfli münasibətlərin gündəliyində duran məsələlərin, o cümlədən Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin həyata keçirilməsini müzakirə etmək üçün Ermənistan hökumətinin rəhbərliyi ilə görüşlər planlaşdırılır.
Avropa rəsmisi erməni tərəfdaşları ilə Avropa İttifaqının Monitorinq Missiyasının (EUMCAP) töhfəsini, həmçinin mümkün gələcək addımları müzakirə etmək niyyətindədir.
Tərəflər həmçinin Aİ-nin Ermənistan-Azərbaycan münasibətlərini normallaşdırmaq səylərini müzakirə edəcəklər.

Oxşar xəbərlər