Altı uşaq anası gözəllik müsabiqəsinin qalibi OLDU
16-12-2022, 18:56
5 290

Altı uşaq anası gözəllik müsabiqəsinin qalibi OLDU

Rusiyada 42 yaşlı qadın gözəllik müsabiqəsinin qalibi seçilib.
Vladimir vilayətində yaşayan evdar qadın 2021-ci ildə gözəllik müsabiqələrində iştirak etməyə başlayıb. 
Bu il isə "Grand Fashion Queen"in finalçısı olaraq ən gözəl seçilib. Qalibin sözlərinə görə, onu tədbirdə iştirak etmək üçün stomatologiya sahəsində ortaq biznes qurduqları həyat yoldaşı dəvət edib:
"Ərim “İştirak etməlisən! Sən gözəlsən! Qalib olmaq üçün hər şansın var!”, - deməsə idi, yəqin ki, özüm də müsabiqədə iştirak etməyə cürət tapmazdım. Ona görə də hər şeyə görə ona təşəkkür edirəm. Ərimlə mən 25 ildir ki, bir yerdəyik. Bizim altı övladımız var. Ən böyüyünün 23, ən kiçiyinin isə 5 yaşı var".
Qeyd edək ki, bundan sonra rusiyalı qadın “Miss və xanım Vladimir Land 2023” müsabiqəsində iştirak etmək niyyətindədir.


Oxşar xəbərlər