Gələn il Rusiyada internet və mobil əlaqə pisləşəcək
21-12-2022, 18:54
6 547

Gələn il Rusiyada internet və mobil əlaqə pisləşəcək

"Nokia” və "Ericsson” kimi telekommunikasiya avadanlığı istehsal edən şirkətlərin cari ilin sonunda Rusiyanı tərk etməsi uzunmüddətli perspektivdə ölkənin mobil şəbəkələrinə zədə vura bilər.

Bu barədə "Reuters” agentliyi yazıb. 

Məlumata görə, bunun da nəticəsində Rusiyada vətəndaşlar mobil əlaqə ilə bağlı problemlərlə üzləşəcək. 
Ətraflı

Agentlik yazır ki, Rusiyada operatorlar proqram təminatını yeniləmək və yaxud təkmilləşdirmək imkanlarını itirirlər və azalmaqda olan lazımi detallar uğrunda mübarizə aparırlar. 

Bununla əlaqədar olaraq, Rusiyada mobil telefon istifadəçilərinin daha zəif yüklənmə və bağlantı ilə üzləcəkləri bildirilir. 

Qeyd edək ki, "Nokia” və "Ericsson” yeni ilin əvvəlində Rusiya bazarını tamamilə tərk edəcəklərini və proqram təminatının yenilənməsini dayandıracaqlarını elan ediblər.

Oxşar xəbərlər