Azərbaycanlı müğənni Ukraynadakı vəzifəsindən getdi
22-12-2022, 16:54
6 024

Azərbaycanlı müğənni Ukraynadakı vəzifəsindən getdi

Ukraynadakı “Qolos” yarışması ilə məşhurlaşan Vaqif Nağıyev Ukraynanın Azərbaycanlı Gəncləri Təşkilatındakı sədr vəzifəsindən gedib.
OLAY yazır ki, ifaçı bu barədə sosial media hesabında yazıb:
“Əziz dostlar! Nəzərinizə çatdırmaq istəyirəm ki, təşkilatımız yarandıqdan 3 il sonra mən söz verdiyim kimi bütün səlahiyyətləri təşkilatın yeni sədrinə həvalə edirəm. Mənə güvənən və bu çətin yolu mənimlə birlikdə keçdikləri üçün yaxınlarıma təşəkkür etmək istəyirəm. Gənclərə yol vermək vaxtı gəlib, biz bu seçimi etdik, inşallah çoxlarına örnək olar...”.
Qeyd edək ki, təşkilatın yeni sədri Qəşəm Əhmədov olub.

Oxşar xəbərlər