Ağzı bağlı çuvalda yeddi bala tapılıb
23-12-2022, 11:59
862

Ağzı bağlı çuvalda yeddi bala tapılıb

Türkiyədə dəmiryolçular Əskişəhərin Bəylikova rayonunda tarlada ağzı bağlı çuvalda 7 bala tapıblar.
Türkiyə mətbuatı xəbər verir ki, işçilər 7 balanı çıxardaraq onları xilas ediblər.
Yeni doğulmuş balaları rayon mərkəzində bir ana itin yanına gətiriblər. İt balacalara süd verərək onları doyuzdurub.
Anaları hələ tapılmayan balaların kimlər tərəfindən ölümə tərk edildiyi araşdırılır.

Oxşar xəbərlər