Dünya
23-12-2022, 12:43
838
Çində xəstəxanalar dolmağa başlayır
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çində artan Covid hadisələri səbəbindən xəstəxanaların dolmağa başladığını açıqlayıb.
ÜST-nin fövqəladə hallar üzrə direktoru Dr. Maykl Ryan, Çin səlahiyyətlilərinin xəstələrin sayını nisbətən az elan etməsinə baxmayaraq, reanimasiya xidmətlərinin məşğul olduğunu söylədi. ÜST-nin baş direktoru Tedros Adhanom Ghebreyesus da həftəlik mətbuat konfransında Çində baş verənlərdən "çox narahat olduğunu" bildirdi. Qebreyesus Çindən epidemiyanın miqyası, xəstəxanalara qəbul edilən xəstələrin sayı və reanimasiya tələb edən hallar barədə ətraflı məlumatları dərc etməyi xahiş edib. Çin tərəfindən hazırlanan peyvəndin mRNT peyvəndləri ilə müqayisədə ağır hadisələrə və ölümlərə qarşı daha az qorunma təmin etdiyi açıqlanıb.