SƏNƏTÇİ: “13 yaşıma qədər ölülərin ayaqqabılarını geyinmişəm”
23-12-2022, 16:48
6 304

SƏNƏTÇİ: “13 yaşıma qədər ölülərin ayaqqabılarını geyinmişəm”

Hər zaman ekranlarda gülərüzü ilə tanınan türkiyəli sənətçi Kobra Murad maraqlı açıqlamalar verib.
Türkiyə mətbuatı xəbər verir ki, sənətçi yoxsulluq içində keçən uşaqlığını danışıb:
“6 yaşımda məktəbə başlamışam. Çox istedadlı idim, amma ayaqqabılarım yox idi. 13 yaşıma qədər ölülərin ayaqqabılarını geyinmişəm. Saçımı keçəl kəsdirirdim ki, sonra təzədən bərbərə gedib pul verməyim. Bazarda çürümüş alma və portağalları evə gətirirdim”.
Sıfırdan həyata başladığını deyən Kobra ləqəbli sənətçi sonuncu dəfə “18 kilo qızılım var” açıqlaması ilə gündəmə gəlmişdi.

Oxşar xəbərlər