Ukraynalı rejissor həlak oldu
25-12-2022, 16:57
8 210

Ukraynalı rejissor həlak oldu

Daha bir ukraynalı rejissor - Oleq Bobalo Rusiya ilə müharibə şəraitində Baxmut şəhərinin yaxınlığında gedən döyüşlərdə həlak olub.
Xarici mətbuat xəbər verir ki, bu barədə rejissorun həyat yoldaşı Anna Yaremçuk sosial media hesabında yazıb. O, bildirib ki, həyat yoldaşının cənazəsi hələ də cəbhə bölgəsindən gətirilməyib və bu səbəbdən dəfn mərasiminin tarixi bəlli deyil.
Bobalo könüllü olaraq cəbhəyə yollanıbmış. 
O, Ukrayna Prezidenti Volodimir Zelenski və onun həyat yoldaşı Yelena Zelenski ilə 2002-ci ildə əsasını qoyduğu “Kvartal 95” studiyasında birgə çalışıb.

Oxşar xəbərlər