Misirdə idman kompleksinin tribunası çökdü - Çox sayda yaralı var
25-12-2022, 21:19
8 137

Misirdə idman kompleksinin tribunası çökdü - Çox sayda yaralı var

Misirin paytaxtı Qahirənin yaxınlığındakı Həsən Mustafa İdman Kompleksinin tribunalarından birinin metal konstruksiyasının çökməsi nəticəsində azı 27 nəfər xəsarət alıb.
Həmin vaxt idman kompleksində Əl-Əhli (Qahirə) və Əl-İttihad (İsgəndəriyyə) komandaları arasında basketbol oyunu keçirilirdi.
Oyun fövqəladə vəziyyətə görə yarımçıq qalıb.
Metal konstruksiyasının çökməsinə səbəb kimi azarkeşlərin hərəkətləri göstərilir.

Oxşar xəbərlər