Ərdoğan Ronaldo və Messidən danışdı
26-12-2022, 21:39
8 938

Ərdoğan Ronaldo və Messidən danışdı

Gənclərlə bir araya gələn Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ronaldo və Messi haqqında danışıb. 
Prezident Ərzurumda  "İlk Oyum Erdoğana İlk Oyum AK Partiye" proqramı çərçivəsində gənclərlə bir araya gəlib. 
Bu zaman bir gəncin ona "Öncəki söhbətlərinizdə Messimi, yoxsa Ronaldomu sualına Ronaldo demişdiniz. Qətərdə Argentina matçını izlədikdən sonra fikriniz dəyişdimi?" sualına Ərdoğan belə cavab verib. 
"İndi onları müqayisə etmək bizə düşməz. Təəssüf ki, Ronaldo Fələstin savaşını dəstəklədiyi üçün ona siyasi sanksiya tətbiq etdilər. Onu bitirdilər. Ronaldo kimi futbolçunu 2-ci hissəyə, 15 dəqiqəyə saldılar. 2-ci yarıda yarım saat onun həm psixologiyasını, həm də bütövlükdə enerjisini tükətdi"-deyə Türkiyə prezidenti bildirib. 
Sonda Ronaldonun yeni ünvanının hara olacağını da açıqlayan ölkə başçısı "aldığım məlumata görə, Səudiyyə Ərəbistanına transfer olacaq"-deyə bildirib. 

Oxşar xəbərlər