Avtobus çaya düşdü, ölənlər var
26-12-2022, 12:21
1 264

Avtobus çaya düşdü, ölənlər var

İspaniyanın Serdedo-Kotobade bələdiyyəsində, N-541 magistralında avtobusun Lerez çayına düşməsi nəticəsində 6 nəfər ölüb, 2 nəfər yaralanıb. 
Bu barədə “Reuters“ xəbər verir.
Avtobusun güclü yağışın yolu yuması səbəbindən çaya düşdüyü bildirilir.
Qəza barədə xilasedicilərə ilk olaraq hasarın dağılmış hissəsini görüb hadisə yerindən keçən sürücü məlumat verib. Zəng daha sonra avtobusda olan sərnişindən gəlib - deyib ki, salon su ilə doludur.
İki nəfəri - avtobus sürücüsünü və bir sərnişini xilas etmək mümkün olub, onlar xəstəxanaya göndərilib. Test sürücünün ayıq olduğunu göstərib.
    

Oxşar xəbərlər