Almaniya COVID-19 pandemiyasının rəsmən bitdiyini elan etdi
27-12-2022, 10:45
1 002

Almaniya COVID-19 pandemiyasının rəsmən bitdiyini elan etdi

Almaniya COVID-19 pandemiyasının rəsmən bitdiyini elan edib.
Belə ki, Berlində fəaliyyət göstərən “Şarite” klinikasının virusologiya şöbəsinin müdiri, Almaniya Federal Hökumətinin Koronavirus Şurasının üzvü Kristian Drossen COVID-19 pandemiyasının artıq sona çatdığını bildirib.
“Fikrimcə, bu qış koronavirusun ilk endemik dalğasını yaşayırıq. Bu, pandemiyanın sona çatdığını göstərir”, - deyə o, bəyan edib.
Həkimin sözlərinə görə, qışın sonunda əhalidə COVID-19-a qarşı immunitet o qədər güclü və sabit olacaq ki, yayda virusun kütləvi şəkildə yayıla bilməsi ehtimalı azdır.

Oxşar xəbərlər