Castin 340 milyon qazanacaq
27-12-2022, 21:13
8 312

Castin 340 milyon qazanacaq

28 yaşlı kanadalı müğənni Castin Biberin 15 illik musiqi arxivini  “Hipgnosis Songs Capital”a satmaq istədiyi ortaya çıxıb.
Xarici mətbuat xəbər verir ki, sənətçi bunun qarşılığında 200 milyon dollar (təxminən 340 milyon manat) gəlir əldə edəcək.
Qeyd edək ki, eyni şirkət Castin Timberleykin də arxivini 100 milyon dollara alıb.

Oxşar xəbərlər