Putinin səfəri buna görə təxirə salındı
28-12-2022, 14:44
780

Putinin səfəri buna görə təxirə salındı

Rusiya prezidenti Vladimir Putin Pskov vilayətinə səfərini ləğv edib.
Bu barədə dekabrın 28-də Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Mətbuat katibi qeyd edib ki, dövlət başçısı Sankt-Peterburqdan Pskova getmək niyyətində olub. Lakin bu, qeyri-müəyyən hava şəraiti səbəbindən ləğv edilib: "O, Sankt-Peterburqdan videokonfrans vasitəsilə tədbir keçirəcək, bu zaman Titan-Polymer zavodunun işə salınması baş tutacaq". 
Qeyd edək ki, dekabrın 27- də Putinin Pskov vilayətinə işgüzar səfər edəcəyi bildirilmişdi. 

Oxşar xəbərlər