Moskvada generalın başına buz parçası düşdü, cinayət işi açıldı
30-12-2022, 11:59
834

Moskvada generalın başına buz parçası düşdü, cinayət işi açıldı

Moskvada Fövqəladə Hallar Nazirliyinin Operativ İdarəetmə Departamentinin direktoru, general-leytenant Anatoli Yelizarovun başına buz parçası düşüb.
Bu  barədə "Baza" teleqram kanalı məlumat yayıb. 
Başından ciddi xəsarət alan general xəstəxanaya yerləşdirilib. Həkimlər ona beyin silkələnməsi, açıq kəllə-beyin zədəsi, başın yumşaq toxumalarının əzilməsi və boyun onurğasının zədələri diaqnozu qoyublar. 
Moskva polisi təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlər faktı üzrə cinayət işi açıb. 




Oxşar xəbərlər