Küveyt ilk peykini kosmosa çıxaracaq
2-01-2023, 12:23
1 805

Küveyt ilk peykini kosmosa çıxaracaq

Küveyt ilk peykini yanvarın 3-də ABŞ-nin Florida ştatındakı platformadan orbitə çıxaracağını açıqlayıb.
Məlumata görə, “Kuwait Sat-1” adlanan peyk orbitə buraxıldıqdan təxminən 4 saat 2 dəqiqə sonra, öz missiyasını yerinə yetirməzdən əvvəl yerüstü stansiyaya ilk siqnal göndərəcək.
İlk peyk layihəsinin direktoru Əhməd əl-Kəndəri bildirib ki, peyk yer kürəsinin ətrafında fırlanacaq. Cihaz görüntüləri ekspert qrupu tərəfindən analiz üçün göndərən yüksək ayırdetmə qabiliyyətinə malik kamera ilə təchiz olunub.
Kəndəri bildirib ki, peykdən göndərilən görüntülər vasitəsilə alimlər dəniz kəşfiyyatı, neft çirkliliyi və onun təsirlərini araşdıracaq, memarlar isə şəhərlərin vəziyyətini müzakirə edəcəklər.
Onun sözlərinə görə, layihənin dəyəri 316 min Küveyt dinarı (1 milyon dollardan çox) təşkil edib. Layihə üzərində müxtəlif elmi dərəcə və ixtisaslara sahib, çoxu qadın olmaqla təxminən 67 nəfər çalışıb.
Mənbə: Haber Global

Oxşar xəbərlər