Türkiyədə ağır yol qəzası: 6 ölü, 5 yaralı
2-01-2023, 12:43
1 738

Türkiyədə ağır yol qəzası: 6 ölü, 5 yaralı

Türkiyənin Mardin vilayətinin Midyat qəsəbəsində valilik və universitet əməkdaşlarını daşıyan mikroavtobus aşıb.
Türkiyə mətbuatı xəbər verir ki, qəza nəticəsində 6 nəfər ölüb, 5 nəfər isə yaralanıb. 
Əraziyə polis və təcili yardım briqadaları gəlib. Yaralılar xəstəxanalara çatdırılıb. 
Qəzanın səbəbləri araşdırılır.

Oxşar xəbərlər