Ərdoğan Putin və Zelenski ilə danışıqlar aparacaq
4-01-2023, 10:15
545

Ərdoğan Putin və Zelenski ilə danışıqlar aparacaq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski və Rusiya prezidenti Vladimir Putinlə ayrı-ayrılıqda danışıqlar aparmağı planlaşdırır.
“Hürriyet” xəbər verir ki, bu barədə Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın məlumat verib.
Onun sözlərinə görə, liderlər arasında danışıqlar çərşənbə günü, yanvarın 4-də baş tutmalıdır. Lakin danışıqların nə vaxt keçiriləcəyi hələlik məlum deyil. 
Kalın qeyd edib ki, Ərdoğan Rusiya Federasiyası və Ukrayna prezidentləri ilə müharibənin dayandırılması məsələsini müzakirə etməyi planlaşdırır.

Oxşar xəbərlər