Rusiyalı oliqarxın 800 milyonluq əmlakı Ukraynaya verildi
4-01-2023, 18:58
7 434

Rusiyalı oliqarxın 800 milyonluq əmlakı Ukraynaya verildi

Ukraynada rus oliqarxının təxminən 800 milyon qrivna dəyərində aktivləri ARMA-ya təhvil verilib.
Bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, söhbət dəniz nəqliyyatı ilə Rusiya Federasiyasının Hərbi Sənayesinin raketqayırma müəssisələrinə çatdırılması nəzərdə tutulan on minlərlə ton dəmir filizindən gedir.
"Odessa polisinin istintaq şöbəsinin, regional strateji araşdırmalar idarəsinin və prokurorluğun əməkdaşları limanlardan birində 50 min ton dəmir filizi aşkar ediblər. Cinayət işi çərçivəsində 800 qrivna dəyərində 50 min tondan çox dəmir filizi aşkar edilib.Rusiya oliqarxının əmlakı kommersiya məqsədləri üçün ARMA-ya verilib. Alınan vəsait Silahlı Qüvvələrin ehtiyacları üçün istifadə olunacaq”, - məlumatda deyilir.
Lakin məlumtda rusiyalı oliqarxın adı qeyd edilməyib. 

Oxşar xəbərlər