Müharibə Ukraynaya bu qədər ziyan vurub
4-01-2023, 23:53
7 555

Müharibə Ukraynaya bu qədər ziyan vurub

"Müharibə başlayandan bəri ölkə iqtisadiyyatına dəyən ziyan 700 milyard dolları ötüb”.
Bunu Ukraynanın Baş naziri Denis Şmıqal deyib.
Onun sözlərinə görə, hazırda Ukraynada Dünya Bankı ilə birlikdə bərpa üçün ehtiyacların yoxlanılması planlaşdırılır:
“Buna görə 2023-cü ilin dövlət büdcəsində binaların, mühüm infrastruktur obyektlərinin tikintisi və təmiri, müvəqqəti məcburi köçkünlərin mənzillə təminatı üçün 966 milyon dollar nəzərdə tutulub”.

Oxşar xəbərlər