Dua Lipanın şəkli ilə Tatlısesi aldatdılar
4-01-2023, 12:13
964

Dua Lipanın şəkli ilə Tatlısesi aldatdılar

Müğənni İbrahim Tatlısesin instaqram paylaşımı sosial şəbəkələrdə gülüş doğurub.
O, dünya ulduzu Dua Lipanın fotoşoplu şəklini gerçək bilib. Belə ki, o, Duanın belində Tatlıses döyməsi olan şəklini hekayə bölməsində paylaşıb.

Bu görüntünün real olduğunu zənn edən İbrahim “Gözəl və cəsur qızımıza təşəkkür edirəm” şərhini yazıb.
Müğənni bu, fotonun gerçək olmadığını öyrənəndən sonra “Mən Ajda Pekkanı, Hadiseni tanıyıram. Vaxtım var ki, Dua Lipanı tanıyıb, izləyim? Demə, başqa qıza ediblər, göndərdilər. Mən də təşəkkür etdim, paylaşdım. Pis niyyətim yox idi” tvitini atıb.

Oxşar xəbərlər