Türkiyədə hərbi maşın qəzaya uğradı: Ölən və yaralılar var
4-01-2023, 15:57
5 623

Türkiyədə hərbi maşın qəzaya uğradı: Ölən və yaralılar var

Türkiyənin Konya şəhərində hərbi maşın qəzaya uğrayıb.
Hadisə Konya-Adana yolunun 15-ci kilometrliyində baş verib. Qatı duman səbəbindən hərbi maşın önündəki yük maşını ilə toqquşub.
Nəticədə 2 hərbçi həyatını itirib, 2 hərbçi isə yaralanıb. Yaralılar Konya Şəhər Xəstəxanasına aparılıblar.
Ehtiyat tədbiri olaraq yol nəqliyyatın hərəkətinə bağlanıb.

Mənbə: Haber Global 

Oxşar xəbərlər