ABŞ hökumətinin “Twitter”ə göstərdiyi təzyiq barədə sənədlər yayımlandı
4-01-2023, 18:04
5 326

ABŞ hökumətinin “Twitter”ə göstərdiyi təzyiq barədə sənədlər yayımlandı

İlon Mask araşdırmaçı jurnalist Mett Taibbiyə istinadla “Twitter faylları”nın yeni paketini yayımlayıb.
Dərc olunan materiallarda ABŞ hökumətinin “Twitter”dən təxminən 250 000 hesabı bloklamağı tələb etməsi də daxil olmaqla sosial şəbəkə ilə dövlət qurumları arasındakı əlaqənin təfərrüatı açıqlanıb.
Taibbi ABŞ hökumətinin xüsusən də 2017-ci il seçkiləri zamanı Rusiyanın platformaya müdaxiləsini izləməsi üçün “Twitter”ə Konqreslə əl-ələ verməsi tələbilə davamlı təzyiq etdiyini bildirib.
Beləliklə “Twitter”in platformada Moskvanın təsirini axtarmaq üçün yaradılan qrupu Rusiya tərəfindən koordinasiya edilmiş səylərin olmadığını, təbliğat mənbəyinin isə reklam dəstəyi olmayan vahid hesablar olduğunu ortaya çıxarıb.
Buna baxmayaraq, sosial media platforması Konqreslə əməkdaşlığa başlayıb və Rusiyanın iddia edilən dezinformasiyası ilə mübarizə üçün senzura tətbiq edib.



Oxşar xəbərlər