Balidə turistləri daşıyan gəminin batdığı qorxu dolu anlar: 34 nəfər dənizə atıldı
4-01-2023, 18:44
5 201

Balidə turistləri daşıyan gəminin batdığı qorxu dolu anlar: 34 nəfər dənizə atıldı

İndoneziyanın Bali adasında turistləri daşıyan gəminin batdığı anların videosu yayılıb.
Bali adası yaxınlarında kiçik gəmi ilə səyahətə qatılan turistlər dənizdə ölüm-dirim mübarizəsi aparıblar.
Gəmi 28 sərnişin və 6 heyətlə Balidəki Nusa Penida adasından Sanur limanına doğru yola çıxıb. Lakin sahilə çatmağa təxminən 25 dəqiqə qalmış göyərtəyə su dolmağa başlayıb. Gəmidə olanlar xilasedici jiletləri geyinərək bir-bir dənizə atılıblar.
Hər kəs xilas olunub. 
Qorxu dolu anlar həvəskar kameralar tərəfindən çəkilib.

Mənbə: İHA

Oxşar xəbərlər