Türkiyə fevralda beynəlxalq qaz sammiti keçirəcək
5-01-2023, 22:31
8 734

Türkiyə fevralda beynəlxalq qaz sammiti keçirəcək

Türkiyənin Energetika Nazirliyi fevral ayında beynəlxalq qaz sammiti keçirməyi planlaşdırdıqlarını açıqlayıb.
Bu barədə ölkənin enerji və təbii ehtiyatlar naziri Fatih Dönməz Şimali Makedoniyaya səfəri zamanı bildirib .
Dönməzin sözlərinə görə, Şimali Makedoniyadakı türk sahibkarlar hazırda mühüm problemlərin həllinə mühüm töhfə verirlər.
Nazir vurğulayıb ki, Şimali Makedoniyanın iqtisadiyyat naziri artıq fevrala planlaşdırılan qaz sammitinə dəvət olunub. O, həmçinin əlavə edib ki, Türkiyənin qaz infrastrukturu regionun digər ölkələrinə də əlçatan olur.
Bundan əvvəl Türkiyə ilə Bolqarıstan arasında ildə 1,5 milyard kubmetr qazın tədarükü haqqında müqavilə imzalandığı bildirilib.
Bolqarıstanın qaz operatoru “Bulgargaz” da Türkiyənin dövlət enerji şirkəti Botash ilə mayeləşdirilmiş qaz terminallarına və Türkiyənin qaz nəqli şəbəkəsinə çıxış haqqında müqavilə imzalamağı planlaşdırırdı .

Oxşar xəbərlər