Ronaldo Səudiyyəni Afrika ilə səhv saldı
5-01-2023, 23:32
8 717

Ronaldo Səudiyyəni Afrika ilə səhv saldı

Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubu ilə 2 illik müqavilə imzalayan Kriştianu Ronaldo keçirdiyi ilk mətbuat konfransında səhvə yol verib.
Bu barədə BBC məlumat yayıb.
Bildirilir ki, məşhur portuqaliyalı futbolçu Səudiyyə Ərəbistanını Cənubi Afrika ilə səhv salıb.
"Cənubi Afrikaya gəlməyim karyeramın sonu deyil", - deyə o bildirib.
Ronaldo səhvən bu ifadəni işlətsə də, o, Cənubi Afrika Respublikasında gündəm olub. Cənubi Afrika Turizm İdarəsi öz "Twitter" hesabında bildirib ki, Ronaldonun 2010-cu il Dünya Çempionatı üçün sahilyanı Durban şəhərində tikilmiş Moses Mabhida Stadionunda oynayacağına ümid edirlər.
"Avropada işim bitdi. Hər şeyi qazandım. Mən Avropanın ən vacib klublarında oynamışam və indi bu, mənim üçün yeni çağırışdır", - deyə Ronaldo mətbuat konfransında qeyd edib.

Oxşar xəbərlər