Rus ordusu Krımın ən böyük zavodunu nəzarətə götürdü
5-01-2023, 17:02
601

Rus ordusu Krımın ən böyük zavodunu nəzarətə götürdü

Rus ordusu Krımın şimalında yerləşən bölgənin ən böyük zavodunu nəzarətə götürüb. 
Bu barədə Ukraynanın Milli Müqavimət Mərkəzi məlumat dərc edib. 
"İşğal altında olan Armyanskda "Krım Titan" zavodunun ərazisinə radiasiya, kimyəvi və bioloji müdafiə bölmələri yerləşdirib", - məlumatda deyilir. 
Qeyd olunur ki, canlı qüvvə ilə yanaşı, Rusiya ordusunun hərbi texnikası da obyektin ərazisində cəmləşib. 
Kimya sənayesi obyektlərində qoşunların yerləşdirilməsi beynəlxalq humanitar hüquq normalarını pozur. 

Oxşar xəbərlər