Selin Dion 200 ən böyük müğənni siyahısından çıxdı
5-01-2023, 17:17
6 483

Selin Dion 200 ən böyük müğənni siyahısından çıxdı

"Rolling Stone" jurnalı bütün zamanların ən yaxşı 200 müğənnisinin siyahısını açıqlayıb. 
Xarici media xəbər verir ki, Selin Dion inanılmaz vokallarına və nəhəng beynəlxalq karyerasına baxmayaraq, tamaşaçıların mənfi reaksiyasına görə adı siyahıdan çıxarılıb. Bu barədə şirkət açıqlama da yayıb:
“Şərh verməyə başlamazdan əvvəl unutmayın ki, bu, ən böyük səslərin siyahısı deyil, ən böyük müğənnilərin siyahısıdır. Əlbəttə ki, burada bir çoxlarının güclü və mükəmməl səsi, sərhədsiz diapazonu var. Digərlərinin daha kobud, daha qəribə və ya daha incə səsləri var".
Qeyd edək ki, siyahıya Billie Eilish (198-ci yer), Kelli Klarkson (194-cü yer), "BTS"-dən Jung Kook (191-ci yer), Ozzy Osbourne (112-ci yer), Taylor Swift (102-ci yer), Michael Jackson (86-cı yer), Adele (22-ci yer), Beyonce (8-ci yer), Mariah Carey (4-cü yer), Uitni Hyuston (2-ci yer) və Areta Franklin (1-ci yer) daxildir.

Oxşar xəbərlər