Türkiyə, Suriya və Rusiya XİN rəhbərlərinin görüşü yaxın günlərdə BƏƏ-də keçirilə bilər
5-01-2023, 18:57
6 428

Türkiyə, Suriya və Rusiya XİN rəhbərlərinin görüşü yaxın günlərdə BƏƏ-də keçirilə bilər

Türkiyə, Suriya və Rusiya xarici işlər nazirlərinin görüşü yaxın günlərdə BƏƏ-də baş tuta bilər.
Türk mənbələri xəbər verir ki, yaxın günlərdə BƏƏ-də xarici işlər nazirlərinin üçtərəfli görüşünün keçiriləcəyi ehtimalı var.
Çərşənbə günü Suriya prezidenti Bəşər Əsəd Dəməşqdə səfərdə olan BƏƏ-nin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdullah bin Zeid Əl Nəhyan ilə Əmirlik nümayəndə heyətinin başçılığı ilə danışıqlar aparıb.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu daha əvvəl demişdi ki, Ankara yanvarın ikinci yarısında Türkiyə və Suriya XİN başçıları arasında görüş keçirməyi təklif edib, onun sözlərinə görə, bu, üçüncü ölkədə, o cümlədən Rusiyada mümkündür.
Dekabrın əvvəlində Rusiya Türkiyə və Suriya müdafiə nazirləri arasında son 11 ildə ilk danışıqlara ev sahibliyi edib. 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayıb. Bu münaqişədən əvvəl Dəməşqlə sıx əlaqələr saxlayan Türkiyə Suriya prezidenti Bəşər Əsədin əleyhdarlarının tərəfini tuturdu. O vaxtdan bəri Türkiyənin Suriya ilə münasibətləri çətin olaraq qalır. Bununla belə, son həftələrdə hər iki tərəf, eləcə də bəzi KİV-lər tədricən normallaşmanın mümkünlüyü barədə danışmağa başlayıblar. 

Oxşar xəbərlər