Rejissor "Avatar 3"ün TƏFƏRRÜATLARINI AÇIQLADI
6-01-2023, 11:55
893

Rejissor "Avatar 3"ün TƏFƏRRÜATLARINI AÇIQLADI

Ceyms Kemeron "Avatar"ın üçüncü hissəsinin təfərrüatlarını açıqlayıb.
Xarici KİV xəbər verir ki, rejissor Ceyms Kemeron Fransanın “20 Minutes” telekanalına müsahibəsində “Avatar”ın üçüncü hissəsinin təfərrüatlarından danışıb.
Cameron, qarşıdan gələn filmdə hamıdan fərqli bir "Navi qəbiləsi"ni nümayiş etdirəcəyini deyib:
“İlk filmlərdə çox mənfi insan və çox müsbət Na’vi nümunələri var. "Avatar 3"də biz bunun əksini edəcəyik”.
Üçüncü hissədə Kemeron tamaşaçıların əvvəllər görmədiyi Pandora mədəniyyətlərini, o cümlədən, “döyüşkən atəş tayfasını” göstərəcəyini vəd edib.
Rejissorun sözlərinə görə, növbəti filmlər ən yaxşılar sırasında olacaq:
“Biz əsas personajların hekayəsini davam etdirərək yeni dünyaları kəşf edəcəyik. Deyə bilərəm ki, son hissələr ən yaxşısı olacaq. Qalanları giriş, bir növ əsas kurs üçün süfrə hazırlığı idi”, - deyə o vurğulayıb.

Oxşar xəbərlər