Vyanada hərbi kazarmada atışma - Komandir əsgərini güllələyərək öldürdü
6-01-2023, 18:55
12 823

Vyanada hərbi kazarmada atışma - Komandir əsgərini güllələyərək öldürdü

Vyana yaxınlığındakı hərbi kazarmalarda atışma baş verib.
Baş verən atışma nəticəsində bir əsgər şəhid olub, biri isə yaralanıb.
Avstriya Müdafiə Nazirliyinin sözçüsü Mixael Bauer Twitter-də bildirib ki, atışma səhər saatlarında  Wiener Neustadt şəhərindəki Flugfeld kazarmasında baş verib. 
20 yaşlı əsgərlə onun 54 yaşlı komandiri arasında yaranan mübahisə atışmaya səbəb olub. Əsgər qarovulxanaya doğru bir neçə dəfə atəş açıb, cavab olaraq yüksək rütbəli zabit atəş açaraq əsgəri öldürüb.
Bauer yüksək rütbəli zabitin həyati təhlükəsi olmayan xəstəxanaya aparıldığını deyib. 
Bildirilir ki, dünyasını dəyişən əsgər 2022-ci il sentyabrın 5-də Wiener Neustadt şəhərinə gəlib və həm atəş hazırlığını, həm də keşikçi və qarovul komandiri vəzifəsi üzrə təlimləri uğurla başa vurub.
Oktyabrın ortalarından aerodrom kazarmasında gözətçi kimi xidmət edib.

Oxşar xəbərlər