ABŞ-də altı yaşlı uşaq müəllimini güllələdi
7-01-2023, 14:49
14 955

ABŞ-də altı yaşlı uşaq müəllimini güllələdi

ABŞ-nin Virciniya ştatında ibtidai məktəbdə altı yaşlı uşaq müəllimini güllələyib.
Bu barədə yerli hüquq-mühafizə orqanlarının əməkdaşları xəbər verib.
Bildirilir ki, hadisə uşaqla müəllim arasında yaranan mübahisədən sonra baş verib, uşaq müəlliminə atəş açıb. 

Qadın qarnından yaralanıb. O, xəstəxanaya çatdırılıb. Həkimlər müəllimin vəziyyətini ağır olaraq qiymətləndiriblər.
Hazırda azyaşlının silahı haradan əldə etdiyi araşdırılır.


Mənbə: Komsomolskaya Pravda

Oxşar xəbərlər