Türkiyədə hotelin tavanı çökdü, 32 nəfər xəsarət aldı (YENİLƏNİB)
8-01-2023, 18:28
9 880

Türkiyədə hotelin tavanı çökdü, 32 nəfər xəsarət aldı (YENİLƏNİB)

Türkiyədə hotelin damının uçması nəticəsində xəsarət alanların sayı 32-ə çatıb.
Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
Nazir qeyd edib ki, 23 nəfərə yerində tibbi yardım göstərilib, 9 nəfər xəstəxanaya yerləşdirilib.
***20:47
Türkiyənin Sarıqamış rayonunda tədbirin keçirildiyi oteldə baş vermiş hadisə nəticəsində azı 10 nəfər yaralanıb.
Xəsarət alanlar xəstəxanalara çatdırılıblar.
Anma proqramlarına qatılmaq üçün Qarsda olan gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu xəsarət alanlara baş çəkib.
Məlumata görə, yaralılar üçün həyati təhlükə yoxdur.
***20:26
Türkiyənin Qars vilayətinin Sarıqamış şəhərində hotelin tavanı çöküb.
Türkiyə mətbuatı xəbər verir ki, hadisə zamanı hoteldə Sarıqamış əməliyyatının 108-ci ildönümünə həsr olunmuş sənədli filmin nümayişi keçirilirmiş.
Hadisə nəticəsində yaralıların olduğu bildirilir.
Əraziyə çoxlu sayda təcili yardım, polis, xilasetmə və jandarma cəlb olunub.
  • Türkiyədə hotelin tavanı çökdü, 32 nəfər xəsarət aldı (YENİLƏNİB)

Oxşar xəbərlər