Eks-prezidentin yaxın adamı vəzifəsindən uzaqlaşdırıldı
9-01-2023, 11:44
2 349

Eks-prezidentin yaxın adamı vəzifəsindən uzaqlaşdırıldı

Braziliya Ali Məhkəməsi keçmiş prezident Jair Bolsonaronun tərəfdarlarının Milli Konqresə basqın etməsindən sonra Braziliya Federal Dairəsinin qubernatorunu “90 gün” müddətinə vəzifəsindən azad edib.
Bolsonaronun müttəfiqi kimi tanınan Federal Ərazi Təhlükəsizlik Naziri Anderson Torresin işdən çıxarılmasından sonra qubernator İbaneis Roça da 90 gün müddətinə vəzifəsindən uzaqlaşdırılıb.
Ədliyyə naziri Flavio Dino açıqlamasında bildirib ki, Milli Konqresə, Prezident Sarayına və Ali Məhkəməyə basqın edən 200 nəfər saxlanılıb.
Digər tərəfdən, Meksika və Peru prezidentləri bəyanatlarında Konqresə basqını pisləyiblər.

Oxşar xəbərlər