Dünya
9-01-2023, 11:55
8 450
Rusiyada hərbi komissarlıq yandırıldı
Rusiyanın İrkutsk vilayətində hərbi komissarlığa hücum edilib.
"Baza" xəbər verir ki, hadisə Bratsk şəhərində gecə saatlarında qeydə alınıb. Belə ki, naməlum şəxslər saat 02:00 radələrində binaya “Molotov kokteyli” atıb və ərazidən uzaqlaşıblar.
Binada güclü yanğın başlayıb. Hadisə yerinə bir neçə yanğınsöndürən briqadası sövq edilib.